İzahlı lüğət

DAMARLI

sif 1. Çoxlu damarı olan. Damarlı ət.
Xəstəlik, arıqlıq, qocalıq və s. nəticəsində dərisinin üstündə damarları görünən. Əmiraslan baba damarlı əlini qar kimi ağappaq saqqalına çəkir, uzun bığlarını tumarlayırdı. S.Rəhimov.
məc. dan. Namuslu, qeyrətli, iradəli, sözünün üstündə duran. Övladları qeyrətlidir, damarlı; Şücaətli, hünərli, etibarlı. A.Səhhət. [Lütfəli bəy:] ..Yəni bu mənim xoşuma gəlir, çünki bu gün-sabah bu mənim arvadım olacaq, hələ mənə də belə damarlı, namuslu arvad gərək. İ.Musabəyov. ..Ürəyində öz-özünə [dedi:] - Yox, balam, deyəsən, bu, damarlı adam olacaq! Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed