DAMAZLIQsif Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. - Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə.
// İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. (Ata. sözü). Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn. □ Damazlığı kəsilmək - nəsli kəsilmək. Damazlığın kəsilsin - qarğış ifadəsi. Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov. Damazlıq stansiyası k.t. - damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi. Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən). Paylaşın - Hamı bilsin
|