İzahlı lüğət

DAMCI

is. 1. Su və bu kimi mayelərin girdə şəklə düşmüş ayrıca kiçik hissəciyi. Su damcısı. Tər damcıları. - Sıçrayarkən işıldayır damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Damcılar günün qabağında almaz kimiparıldayırdı. A.Divanbəyoğlu.
tib. Damcılarla içilən dərman. Damcı reseptləri də məhlul və miksturaların reseptləri kimi yazılır. R.Əliyev.
“Bir” sözü ilə - çox az miqdar, çox cüzi, bir zərrə. Bir damcı çörək yeyib qalxdım.
Bir damcı dürr tufanların yaratdığı coşqun sellərdən daha dəyərlidir. M.S.Ordubadi.
□□ Dənizdə bir damcı - lazım olduğu miqdara nisbətən heç dərəcəsində, yox dərəcəsində olan şey haqqında.
damcı-damcı zərf Damcı halında, damla-damla; az-az, azca-azca. Damcı-damcı axmaq. - Qan damcı-damcı tökülüb, otları və çiçəkləri lalə rənginə döndərmişdi. S.S.Axundov. Yağış damcı-damcı yağır; Göz yaşları yanaqdan damcı-damcı axır. R.Rza. Böyük bir dağın ətəyində bir kiçicik bulaq vardır; Damcı-damcı axıb gedir, o, keçmişdən yadigardır. Z.Xəlil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed