
DAMDABACAis. 1. Uşaqları qorxutmaq üçün yalandan uydurulmuş mövhum vücud (“dam” və “baca” sözlərindən düzəldilmişdir). Qorxuzsun o da damdabaca ilə çağasın; Kəssin də sədasın. M.Ə.Sabir.
2. Kifir, idbar, çirkin, ifritə. Paçcahın oğlu gördü, ədə, qız damdabacanın biridir. (Nağıl). Paylaşın - Hamı bilsin
|