
DAMƏNis. [fars.] klas. Ətək (paltarda). Tutaram yarın qiyamətdə, həbibim, damənin; Məstsən qəflət şərabından, bu gün möhlət sana. Füzuli.
□ Dağ daməni - dağ ətəyi. Utan bir, Koroğlu, utan; Dağların damənin tutan. “Koroğlu”. Biri dağ damənin tutmuş; Biri səhrayə üz qoymuş. Q.Zakir. Paylaşın - Hamı bilsin
|