DAMĞAis. 1. Atların və başqa heyvanların dərisi üzərinə qızdırılmış dəmirlə vurulan nişan.
□ Damğa basmaq (vurmaq) - bax damğalamaq 1-ci mənada. Çəpərimə girib, deyə bəy rəiyyətə badalaq gəldi, rəiyyət öküzünün, atının və danasının buduna damğa vurub öz hesabına keçirdi. S.Rəhimov. // tar. Qədim müstəbid dövlətlərdə caninin bədəninə qızdırılmış dəmirlə basılan nişan. Möhür, nişan. Malın üstündə fabrikin damğası var. xüs. Damğa basmaq üçün alət. məc. Ləkələndirici, təhqiredici, alçaldıcı söz və s. □ Damğa basmaq (vurmaq) məc. - ləkələmək, damğalamaq, rüsvay etmək, üstünə böhtan atmaq. Lənət damğası basmaq - bax lənət. Paylaşın - Hamı bilsin
|