İzahlı lüğət

DARĞA

is. [monq.] 1. tar. Şəhər, qəza, mahal, ya vilayət hakimi. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. (Nağıl). Sən demə, bu bina şəhərin darğasının eviymiş. “M.N.lətif.”
// Keçmiş zamanda vergi yığmaq üçün hakim, hökmdar, xan və b. tərəfindən kəndə göndərilən məmur. [Nəcəf bəy:] Buyur, mirzə, aparıb kənddə verərsən darğaya. Necə ki lazımdır əməl eylər. Ə.Haqverdiyev. Darğa lələş məhsul vaxtı bir dərzi gözündən qaçırmaz(dı). S.Rəhimov.
tar. Bazar keşikçilərinin başçısı. Sübh olunca gecələr darğa kimi; Yatmayır, qırqır edir qarğa kimi. M.Ə.Sabir.
məc. Özünü böyük sayan, heç kəs tərəfindən vəkil edilmədiyi halda özünü vəkil kimi aparan adam haqqında.
□ Darga tikmək - hakim qoymaq, hakim təyin etmək, vəkil etmək. [Xan:] Səni bu evdə kim darğa tikib, kim? N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed