DARĞALIQis. 1. tar. Darğanm işi, vəzifəsi. [Həsən Namaza:] Mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Ə.Haqverdiyev. [Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev.
2. məc. Böyüklük, ağalıq. Darğalıq etmək. Bu fəna iş nə idi tulladınız ortalığa; Sizi kim qoydu bizim üstümüzə darğalığa. Ə.Nəzmi. Paylaşın - Hamı bilsin
|