DARILMAQf Acığı tutmaq, hirslənmək, hiddətlənmək, hövsələdən çıxmaq. [Şərifzadə] Mehribanı boşadığı üçün olduqca darılmış, Zeynalın belə yersiz hərəkətindən dolayı acıqlanmışdı. S.Hüseyn. [Veys:] Paxıl oğlu, paxıl, - deyə Dövlətə darıldı. Ə.Əbülhəsən. Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım. Ə.Cavad.
// Ürəyi sıxılmaq, kədərlənmək, məyus olmaq, incimək. [Heydər bəy:] Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq, söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. M.F.Axundzadə. Özünü toxtaq tut bir az; Düşəndə dar günə insan darılmaz. S.Vurğun. Qaraş sıxılıb darılaraq divana oturub əvvəlcə heç kəslə danışmırdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|