
DARISQALsif. 1. Çox dar, ensiz. Darısqal yol. - Dərin, darısqal dibində dərənin; Rəd kimi guruldayır baltalar. A.Səhhət. Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi. S.Rəhman.
Sahəsi çox kiçik olan. Darısqal otaq. Darısqal yer. - Fəhlə kazarmaları çox çirklidir, darısqaldır. M.S.Ordubadi. Bura darısqal, alçaq, yarıqaranlıq bir otaq idi. Mir Cəlal. Darısqal bir daxma var, qabağı ağaclıqdır. M.Seyidzadə. məc. Bax dar1 4-cü mənada. Saqqalı uzun, kəlləsi küt, fikri darısqal. M.Möcüz. Paylaşın - Hamı bilsin
|