
DARIXDIRMAQf Ürəyini sıxmaq, təngə gətirmək, bezikdirmək.
// Əsəbiləşdirmək, acıqlandırmaq. Kişi məni elə darıxdırıb ki, vallah, istəyirəm elə özümü boğam, öldürəm.. N.Vəzirov. Qış səfəri, tək yol könlü darıxdırır, can sıxır. A.Səhhət. [Körpənin] ağlaması da Gülaranı darıxdırır, incidirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|