
DAVULis. mus. İki tərəfinə dəri çəkilmiş, xüsusi ağacla vurularaq, güclü səs çıxaran zərbli musiqi aləti; təbil. Vur, çatlasın davulu; Topla eli, avulu; Oynat qızı, oğulu; Bir qardaş deyilmiyik? Ə.Cavad. Toyda vurulan davul səsləri dağları tərpətmişdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|