.....i_l_by_id_with_comments DAYAMAQ sözünün izahı / DAYAMAQ sözünün mənası

İzahlı lüğət

DAYAMAQ

f. 1. Dirəmək, söykəmək, kip yanaşdırmaq (yaxınlaşdırmaq). Nikitin dodağını lap Aslanın qulağına dayadı. M.İbrahimov. Mən ulduzsuz, qaranlıq göylərə baxar, baxar; Alnımı buz bağlayan pəncərəyə dayardım. Ə.Cəmil.
2. Dayaq vermək. Axırda elçi əllərini buynuz kimi tutaraq gicgahlarına dayayıb, özü də öküz kimi böyürür. “M.N.lətif.” Balacayev əlini stola atıb güclə ayağa qalxdı, qapı kilidli idi. O gicəldi, əlini alnına dayadı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....