.....i_l_by_id_with_comments DAYANMAQ1 sözünün izahı / DAYANMAQ1 sözünün mənası

İzahlı lüğət

DAYANMAQ1

f 1. Dayaq etmək, dayamaq, söykənmək. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb dayanır yastıqlara. Məmmədquluzadə. Nənə əlini yumruqlayıb masaya dayandı. S.Rəhimov.
// Dirənmək, lap yanaşmaq. Bəylərbəyinin faytonu qapıya dayandı. M.S.Ordubadi.
2. Rast gəlmək, rastlaşmaq. Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Tazə həyat”ın nəsihətinə əməl edək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlir, ...oxucularımız ilə bir az söhbət eləyək. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....