
DAYAZ1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. S.S.Axundov.
// Üzdə olan, çox dərində olmayan. Belə dayazdan (z.) çıxan suya kənd arasında “qara su” deyirlər. Ə.Haqverdiyev. is. Çay, dəniz, göl və s.-də suyun dərin olmayan yeri. sif. məc. Dərin olmayan, səthi, qeyriciddi, işin mahiyyətinə, dərinliyinə varmayan. Dayaz adam. Dayaz fikir. Dayaz düşüncə. - Əqli dayaz, dağ çapan oğlana bax; Durdu yerindən ki, nə heyha imiş. Ə.Nəbati. Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|