
DƏMLƏNMİŞf.sif. 1. Dəmə qoyulmuş; dəm almış. [Zərbəli:] Qəhvə yoxdur. Yaxşı təzə dəmlənmiş Popov çayımız var. Ə.Haqverdiyev. Stolun üstündə təzə dəmlənmiş çay buğlanır, yanında iki cür mürəbbə görünürdü. Ə.Vəliyev.
məc. Keflənmiş, nəşələnmiş, ruhlanmış. Mənə acığın tutmasın, Zərif! - deyə, az-çox dəmlənmiş Müqim bəy göz yaşlarını gizlədə bilmədən üzrxahlıq edirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|