İzahlı lüğət

DƏMLİ

sif. 1. Dəm almış, dəmə qoyulmuş. Dəmli çay. Dəmliplov.
Dəm qazı dolmuş, dəm qazı ilə zəhərlənmiş; boğanaq, boğucu. Dəmli otaq.
məc. dan. Şən, nəşəli, ürəkaçan. Bizlərə dəmli qız gərək; Xətli, qələmli qız gərək! Ə.Nəzmi.
məc. Kefli, sərxoş. Mən dənizçiyəm, özüm də adətim üzrə bu saat dəmliyəm. “Kirpi”.
DƏMLİ-DƏSGAHLI dan. bax dəmdəsgahlı. Dəmli-dəsgahlı otaq. - Bu, qurulu bir imarət idi, .. bərli-bəzəkli, dəmli-dəsgahlı bir ev idi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed