İzahlı lüğət

DƏRGAH, DƏRGƏH

is. [fars.] klas. 1. Astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah. [Xaqani:] Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. M.Rahim.
məc. din. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti mənasında (bəzən “Allah”, “həqq” sözləri ilə). Yarəb, kərəm et ki, xarü zarəm; Dərgahə bəsi ümidvarəm. Füzuli. ..Həmşəriləri təziyə məclisinə .. qoymayanda .. başlarını salardılar aşağa və öz-özlərinə deyərdilər: - Allah, şükür dərgahına! C.Məmmədquluzadə. Xəlifə onların hər birinə tək-tək cavab verib, onlar üçün Allah dərgahından səadət və dövlət rica edəcəyini və duasını onların barəsində şamil edəcəyini vədə verdi. M.S.Ordubadi.
□ Əllərini Allah dərgahına qaldırmaq (qalxızmaq) - Allaha müraciətlə əllərini göyə qaldırıb ona yalvarmaq, raz-niyaz etmək. [Sona xanım:] Əziz Allah, dərgahına qalxızmışam əllərimi! Ə.Haqverdiyev.
məc. tənt. Ev. Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed