İzahlı lüğət

DƏRİNDƏN

zərfi 1. İçdən, çox dərin. Firidun ayağa durub köksünü ötürdü, dərindən nəfiəs aldı. M.İbrahimov. Güllü dərindən qıy çəkdi. Ə.Vəliyev.
Diqqətlə, fikrini cəmləşdirərək. Həcər dərindən qulaq verib, güllə səsi eşitdi. “Qaçaq Nəbi”.
// Əsaslı surətdə. Sözün düzünü desək, Fərman ekskavatorçuluq həvəsinə düşəndə bu iş üçün əməlli-başlı, dərindən oxumaq lazım gələcəyini bilmirdi. Ə.Sadıq.
Hərtərəfli, çox ciddi. Dərindən düşünmək. - N.Nərimanovu, ehtimal ki, gənc Verterin iztirabları dərindən mütəəssir etmişdir. M.Arif.
Çox, olduqca, son dərəcə.
// Şiddətli, güclü. Toplarımızın dərindən nərə çəkməsinə baxmayaraq, düşmən yerindən tərpənmirdi.. Ə.Vəliyev.
dərindən-dərin zərf Çox dərin, çox ciddi, əsaslı surətdə. Üç ilin gəlinidir; Bu incə, gözəl qadın; Bilir dərindən-dərin; Mənasını bu adın. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DUA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed