
DƏRK[ər.]: dərk etmək - anlamaq, başa düşmək, öz düşüncəsi ilə qavramaq. Zeynal [Şərifənin] nələr dediyini və nə istədiyini eşidib dərk edə bilməyirdi. S.Hüseyn. Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişdik. Ə.Məmmədxanlı;
// obyektiv aləmin qanunauyğunluqlarını başa düşmək, əqlən qavramaq. Təbiət və cəmiyyətin inkişaf qanunlarını dərk etmək. Hadisələrin mahiyyətini dərk etmək. Paylaşın - Hamı bilsin
|