
DƏST-PAÇAis. [fars.] köhn. Təlaşa düşmə, tələsmə, iztirab, çapalama.
// Zərf mənasında. Təlaş içində, həyəcanlı bir halda, özünü itirmiş halda. Bu halda qalmaqaldan .. Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damda yuxudan oyanıb dəst-paça, köynəkcək Müsyö Jordanın səsinə yüyürdülər. M.F.Axundzadə. □ Dəst-paça olmaq - iztiraba düşmək, əl-ayağa düşmək, təşvişə düşmək, təlaşa düşmək. O teleqramda nə var ki, həzrəti-vala bu cür dəst-paça oldular? P.Makulu. Paylaşın - Hamı bilsin
|