DƏSTƏLƏMƏKf. 1. Dəstə halına salmaq, dəstə etmək. Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.
Bir yerə yığmaq, yığışdırmaq. [Qazı] ..utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. (Nağıl). Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” - deyib cəld çölə fırlandı. Ə.Vəliyev. Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı. Ə.Abasov. Çin-çin yığmaq. Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü. S.M.Qənizadə. Paylaşın - Hamı bilsin
|