
DƏSTƏMAZis. [fars.] din. Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. Dedi: - Bəs mən gedim bulağa tərəf; Dəstəmazım mənim olubdu tələf. S.Ə.Şirvani.
□ Dəstəmaz almaq həmin ayini icra etmək. Bir gün bir nəfər molla, necə olursa, məscid həyətində dəstəmaz alanda çarhovuza düşür. “MN.lətif. ” [Cahan:] Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|