
DƏSTGİRis. [fars.] köhn. 1. Kömək edən, əldən tutan; yardımçı, himayəçi, köməkçi. Tutsan əlini məni-fəqirin; Həqq ola həmişə dəstəgirin. Füzuli. Deyirlər ki, cəmi füqəranın dəstgiridir. Ə.Haqverdiyev.
2. Tutulmuş, əl-qolu bağlanmış; əsir. Dəstgir etmək - tutmaq, əlinə keçirmək, başmı bağlamaq, əsir etmək. Uzaq valilərinə də kağız göndər. Hər nə xan varsa, dəstgir edib Tehrana göndər. C.Cabbarlı. Camal.. dərin meşələrə girib maralları dəstgir edirdi. S.Rəhimov. Dəstgir olmaq - ələ keçmək, təslim olmaq, əsir olmaq. // məc. Əsir, məşğul. Xanpəri bu fikirlərin əlində dəstgir ikən divar saatı on ikini vurdu. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|