
DƏSTURis. [fars.] köhn. 1. Təlimat, göstəriş. Sulduz xan konsuldan və Sərdar Rəşidin aldığı dəstura görə, müharibə zamanı Helminin dəstəsini arxadan vuracaq və məhv edəcəkdi. M.S.Ordubadi.
2. Bax düstur 2-ci mənada. □□ Dəstur aşı etnoqr. - ər evinə köçəndən sonra qızın atası evindən ona göndərilən plov. Atası evindən qıza dəstur aşı gəlmək adət idi. R.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|