
DİAFRAQMA[yun.] 1. anat. Döş boşluğu ilə qarın boşluğu arasında olan pərdə. Heyvanın qarın boşluğu ilə döş boşluğu arasında nazik əzələlərdən ibarət bir pərdə vardır, bu, onun diafraqmasıdır. C.Cəbrayılbəyli.
2. Optik cihazlarda: daxil olan işıq şüalarını azaldıb-çoxaltmaq üçün dairəşəkilli pərdəcik. Fotoaparatın kamerasına düşən işığın miqdarı diafraqma vasitəsilə nizama salınır. Paylaşın - Hamı bilsin
|