
DİAQRAM[yun.] Müxtəlif kəmiyyətlər arasındakı nisbəti göstərən qrafik təsvir; cədvəl. Neft sənayesinin artım diaqramı. O, diaqramlarla kifayətlənməyib .. öz fikrini əyani surətdə göstərirdi. M.Hüseyn. Əhmədov divardakı cədvəllərə, diaqramlara baxırdı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|