İzahlı lüğət

DİZİN-DİZİN

zərf Diz üstə, diz-dizi.
Dizin-dizin sürünmək (süründürmək)
1) ayaq üstündə dura və ya gedə bilməyib diz üstə sürünmək (süründürmək). Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum. Ə.Haqverdiyev. Misirli dostlar! Göz dikib torpağınıza qəsbkarlar sizin; Sürünür kölgənizcə əlibıçaqlı dizin-dizin. O.Sarıvəlli. Molla .. şikara yaxınlaşmaq məqsədi ilə dizin-dizin ona, Fatmaya doğru süründü. P.Makulu; 2) qarğış və ya and yerində işlənir. [Nurcahan:] A səni görüm, dizin-dizin sürünəsən! N.Vəzirov. [Mirzə Heydər:] Sənin evində yediyim çörək məni dizin-dizin süründürsün, əgər mən bu barədə qələm çalmışam. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed