DODAQALTIzərf 1. Yavaşcadan, pəsdən, öz-özünə. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi. A.Şaiq. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.
2. İstehza ilə. Dodaqaltı gülmək nədir, söylə, ya? M.Ə.Sabir. [Altıaylıq] dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. H.Sarabski. Paylaşın - Hamı bilsin
|