
DOLAB1is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal.
// Ümumiyyətlə, şkaf. Mən [xarratı] kitab dolabımı təmir etmək üçün çağırmışdım. T.Ş.Simurq. // Qəfəsə. Dükanın dolabları malla doludur. - [Student] birdən-birə ev sahiblərinin qonaq otaqlarında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|