İzahlı lüğət

DOLAMA1

1. “Dolamaq”dan f.is.
sif. Dümdüz olmayan; birbaşa, düz xətlə getməyən, o yana-bu yana burulan, əyri-üyrü, dolanbac. Dolama yol. Dolama cığır. Dolama küçə. - Qaranlıq küçədən sonra yolumuz dolamadır. N.Vəzirov. Dolama yollarla enirkən bəzi yoldaşlarımız vahiməyə düşdü. S.Rüstəm. Tiflisin dolama dar küçəsində; Əlində kamança bir aşıq gedir. M.Rahim.
// is. Dönüm, dönüş, döngə. Nəhayət, dağların sərin küləyi əsməyə başladı, artıq şəhərə bir-iki dolama qalırdı. Çəmənzəminli.
sif. Burğu şəklində olan, buruq-buruq, vintvari. Dolama boru. Dolama pilləkən.
dolama-dolama sif. Əyri-üyrü, döngələri, dolamaları çox olan, tez-tez o yana-bu yana burulan, dolanbac. Dolama-dolama yol.
Dolama-dolama daş pilləkənlər; Bir türbə yanına qaldırır bizi. S.Vurğun. Onlar danışadanışa dağın döşündəki dolama-dolama cığırla irəliləyirdilər. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed