
DOLANBAC1. sif. Çox dolaşıq, əyri-üyrü. Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov. Oğul! - deyə Güllü arvad, dolanbac yollarla yox, öz ana ürəyi ilə duyub-anladığı kimi açıq-açığına sözə başladı. Ə.Əbülhəsən.
// Düz olmayan, əyri, dolaşıq. Dolanbac iş. 2. is. məc. Çıxmaz, çıxılmaz vəziyyət, çətin vəziyyət. Bakı dərsləri olmasa, bizim kəndistan dolanbacda qalar. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|