DOLAQis. 1. Qılçaya sarılan, yundan və s.-dən toxunma sarğı, yaxud parça zolağı. Dolaqsız gedən oğlan; Dolaq tamam oldu, gəl. (Bayatı). Bir əsgər kəhriz başındakı qarağaca söykənib dolaqlarını bağlayırdı. Mir Cəlal.
// Patava. [Döyüşçünün] şineli, şalvarının dizləri, dolağı, çəkməsi başdan-başa palçıq içində idi. Ə.Vəliyev. xüs. Dolamağa, sarımağa yarayan hər şey. Paylaşın - Hamı bilsin
|