
DÖVLƏTLİsif. Böyük mülk və sərvətə sahib olan, çox varlı; sərvətdar, zəngin. Nəinki Naməlsəm məhəlləsində, bəlkə bütün kənddə, uyezddə dəxi bundan dövlətli, zəngin adam tapılmazdı. N.Nərimanov.
// İs. mənasında. Dövlətliyə yaltaqlana bilmərəm; Qəmli ikənyalan yerə gülmərəm. M.Ə.Sabir. [Sitarənin] mərhum atası Bakının məruf və tanınmış bir dövlətlisi idi. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|