DÖVRƏis. 1. Çevrə, dairə. Təkərin dövrəsi.
Ətraf, həndəvər, yan; bir şeyin dışarıdan və ya içəridən dörd tərəfi. Dağın dövrəsi. - [Bəhram Saraya:] Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram. C.Cabbarlı. Binanın dövrəsində qarovul gəzirdi. M.İbrahimov. Vətəgənin dövrəsində yoğunlu-nazikli borular basdırılıb, aralarında qamış çəpər çəkilmişdi. M.Rzaquluzadə. Misdən, gildən və s.-dən qayrılmış böyük yastı qab, yaxud iri boşqab. Mis dövrə. [Tubu:] [Gülnisə] bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev. Təzə samovar bütün servizi ilə, boşqablar, dövrələr, podnoslar, lampalar, güzgülər və bir neçə qablar .. cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. xüs. Arasıkəsilməz silsilə təşkil edən elementlərin birləşməsindən ibarət qurğu. Elektrik dövrəsi. Telefon dövrəsi. Yarışın, hər bir iştirakçının ancaq bir dəfə çıxış etməsinə imkan verən hissəsi; tur. Festivalın birinci dövrəsi. İdman yarışının axırıncı dövrəsi. // Mərhələlərlə keçirilən bir işin gedişində ayrıca mərhələ, pillə, dövr. Seçkilərin birinci dövrəsi. Bir-biri ilə bağlı olan hadisələrin, şeylərin və s.-nin məcmusu, bir şeyin ardıcıl silsiləsi, sikl. İncəsənətə dair mühazirələr dövrəsi. □□ Dövrə dolanmaq - bax dövrə vur- maq 2-ci mənada. Rüstəm addım-addım qayanın başına dörd dövrə dolandıqdan sonra, bir də geri dönüb yoldaşlarla xısınlaşdı. S.Rəhimov. Dövrə vurmaq - 1) bax dövrə vurub (qurub) oturmaq. Gəlinin rəfiqələri isə çarpayının yanında dövrə vurmuşdular. M.Hüseyn. Bir tonqal qalayıb vurdular dövrə. M.Seyidzadə; 2) dövrə gəzmək, dolanmaq, aylanmaq, dövr etmək. Nemətullayev fırlanıb evi dörd dövrə vurdu. Axırda Sübhanverdizadənin çarpayısına yaxınlaşıb döşəkdən yapışdı. S.Rəhimov. Aşıq gülürdü, oxuyurdu, nəşə ilə oynaya-oynaya dövrə vururdu. M.Hüseyn. Bir ağsaçlı qadın idi ortalıqda dövrə vuran. N.Rəfıbəyli; 3) fırlanmaq, dolanmaq. Maşın bir dəfə dövrə vurub dayandı. Ə.Vəliyev. Dövrə vurub (qurub) oturmaq - dairə şəklində oturmaq, yan-yana oturub dairə təşkil etmək. Amma hamı dövrə vurub, yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.”. Adamlar sıra ilə deyil, dövrə vurub oturmalı idilər. H.Sarabski. Gənclər bir azdan sonra, meşənin ağacları qırılmış meydan kimi düzənlik bir yerində yaşıl otlar üstündə dövrə vurub oturdular. Ə.Sadıq. Dövrəsini almaq - dövrəyə almaq, ətrafına cəmləşmək. Hamı Tərlanın dövrəsini aldı. M.Hüseyn. Qızlar yüyürüb cəld Aynanın dövrəsini aldılar. Ə.Məmmədxanlı. Dövrəyə almaq - əhatə etmək, mühasirə etmək, dörd tərəfınə yığışmaq, ətrafına yığışmaq. Yoldaşlarından bir dəstəsi İkramın çarpayısını dövrəyə alıb durmuşdu. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|