
DÖYƏNƏK1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalmlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur. - İllərlə isti küləklərin, qara yellərin, quraq havaların vurduğu sillə, şapalaqların döyənək yeri sağalırdı. Ə.Vəliyev.
□ Döyənək olmaq - döyənək əmələ gəlmək. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani. Qoca döyənək olmuş əlini irəli uzatdı. S.Rəhimov. 2. sif. Çox gəzilib tapdalanmış yer; çox döyəcləməkdən, sürtünməkdən, tapdalanmaqdan, yaxud quraqlıqdan bərkimiş yer; tapdaq. Çox ayaqlanmaqdan bağlar döyənək olmuşdur. □□ Döyənəyini basmaq (tapdalamaq, ayaqlamaq) - birini ən çox narahat edən, ən çox ağrıdan, incidən, ən çox toxunan şey haqqında. Bayram sanki bəyin ən nazik yerindəki döyənəyi ayaqlayıbmış. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|