ƏBƏDİYYƏTis. [ər.] 1. Əbədilik, daimilik; həmişə var olan şey. [İlyas:] İlin dəyişməsi qarşımızda, yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, insan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Çəmənzəminli. Aç gözünü varlığa bax, indi başqa səhərdir; Əbədiyyət - bu dünyada göstərilən hünərdir. S.Vurğun. // İntəhası olmayan zaman; intəhasızlıq. Nəhayət, əbədiyyət qədər uzun görünən bir dəqiqə bitdi və qapını açdılar. S.Rəhman. Ulduzun alman əsarətində keçirdiyi bu üç ay ona cəhənnəmi bir əbədiyyət kimi gəlirdi. Ə.Məmmədxanlı.
2. Sonsuz gələcək zaman. [Ərən:] İştə, əzəliyyət və əbədiyyət! Çəmənzəminli. [Fəridə:] Bütün gözəl musiqilər bizi əbədiyyətə aparır. Ə.Məmmədxanlı. □□ Əbədiyyətə qovuşmaq - əbədi olmaq. “Olüm” sözünün nə demək olduğunu bilməyən Girdman igidləri vuruşma meydanında yıxılıb həyatla vidalaşarkən “əbədiyyətə qovuşdu “ deyərdilər. M.Hüseyn. Vətənin yolunda ölən şəhidlər; Olmür, qovuşurlar əbədiyyətə. M.Araz. Paylaşın - Hamı bilsin
|