
ƏBLƏH sif. [ər.] 1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Məsəl). // İs. mənasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.
2. Söyüş kimi işlədilir. [Xanım:] Əbləhin qızı, əbləh, .. gör kimə oxşayır? Qantəmir. [Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev. Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ xanıma kələk. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|