
ƏBRİŞİMis. [fars.] 1. İpək, ipək iplik. Paşa, sənə nişan verim Qıratı; Əbrişim ipəkdən yalı gərəkdi. “Koroğlu”. Əlvan qanınla boyansın; Əbrişim tellərin sənin! Aşıq Hüseyn.
bot. Lələkli yarpağı və ətirli çiçəyi olan ağac növü; akasiya. Əbrişim .. çətiri piramida şəkilli, otuz metrə qədər hündürlüyündə ağacdır. H.Qədirov. Paylaşın - Hamı bilsin
|