İzahlı lüğət

ƏCAİB

sif. [ər.] 1. Çox qəribə, çox təəccüblü, qeyri-adi, görünməmiş. [Kərəm:] Yolda bir əcaib milçək görmüşəm, onu sizə sazla deyəcəyəm. “Əsli və Kərəm”. Əcaib məxluqat görünürdü: kimi buynuzlu və at ayaqlı idi, bəzisi yarıöküz, yarıadam idi. Çəmənzəminli. İşarə verildi və kiçik təyyarələr bir-birinin ardınca əcaib rəngarəng quşlar kimi havaya uçdu. M.Rzaquluzadə. // Zərf mənasında. Əcaib danışmaq. Belə şeylər adama əcaib görünür. // is. Görünməmiş şey, çox qəribə şey, çox təəccüblü şey, qeyri-adi şey. Yetim əlində qoğal, əcaib! (Ata. sözü). Xət-xət çəkəndə damdı qələmdən; Sinəndəki xaldı, nə əcaibdi! Qurbani.
2. Heyranedici, misilsiz, xariqüladə, valehedici. Bu gün bir əcaib gözəl sevmişəm; Beləsi olmaz heç vilayətdə. M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed