
ƏCDADis. [ər. “cədd” söz. cəmi] Atababalar, ulu babalar. Vətən - əcdadımızın mədfənidir; Vətən - övladımızın məskənidir. Səhhət. Böyük əcdadını gətirib yada; Oynat qılıncını göydə, havada. S.Rüstəm. Tariximizin, əcdadımızın əməlləri, arzuları, həsrətləri bu torpaqda hifiz olunmuşdur. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|