İzahlı lüğət

ƏCƏB

sif. [ər.] 1. klas. Təəccüblü, qəribə. Oğlan, əcəb olmaz, olsa aşiq; Aşiqlik işi qıza nə layiq? Füzuli.
Gülməli, əyləncəli, məzəli, çox qəribə. Zahida, sən ki bilirsən özünü hal əhli; Bir öz əhvalını bilməzsən, əcəb halın var. S.Ə.Şirvani. Əcəb, yoxmu onun bağçası-bağı; Güllərə baxmayır, gül solü sağı. Ə.Cavad.
Çox yaxşı, çox gözəl, əla. Əcəb şeydir. Əcəb kitabdır. - Bir əcəb qəsrdə tutub mənzil; Meyə olmuşdu ruzü şəb mail. Füzuli. Əcəb əyyam imiş əyyami-sələf; Gərək o günlərdə olaydıq tələfi Q.Zakir.
dan. Təəccüb bildirir - görəsən. Əcəb, nə oldu ki, gəlib çıxmadı?
dan. Təsdiq bildirir - bəli, hə. - Sən yemək yeyəcəksənmi? - Əcəb.
dan. İntonasiyadan asılı olaraq təəccüb, narazılıq, bəzən istehza, kinayə bildirir. Əcəb işə düşdük?! Əcəb bizi avara qoydun! Əcəb adamsan! Əcəb xanəndə imiş! Əcəb işdir! Əcəb intizamlı imişsən!
□□ Əcəb eləmək dan. - yaxşı eləmək, əlindən gəlmək. Bilmirəm, əcəb edirəm, .. sənə nə düşüb? H.Nəzərli. Əcəb ki - nə yaxşı ki, yaxşı oldu ki, nə yaxşı... Əcəb ki, tez gəldim, yoxsa tamaşaya gecikəcəkdim. Əcəb oldu - yaxşı oldu, elə də lazım idi. Lütfəli [Cəlilə] baxıb öz-özünə deyirdi ki, əcəb oldu. İ.Musabəyov. Nə əcəb? təəccüb, heyrət, sual bildirir. Nə əcəb belə gec gəldin? - [Araz:] Bir de görüm, sən nə əcəb bura gəldin? A.Şaiq. Mənimlə tikdirdiyin qırx üç manatlıq tufliləri nə əcəb geyməyib, belə sarı səndəldə dolanırsan? Qantəmir; 2) təəccüblü deyil, təəccüblü bir şey yoxdur, buna təəccüb etmə(yin). Yar söhbətim olmazsa, Füzuli, nə əcəb; Ozünə söhbətimi ar bilibdir, bilirəm. Füzuli. Sizdən (səndən, ondan və i.a.) nə əcəb? təəccüb, sual məqamında. [Sevil:] Içəri gəl, ay ata, altı ildir səni görməmişəm, səndən nə əcəb? C.Cabbarlı. [Rəis:] Sizdən nə əcəb, Hikmət xanım? Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed