
ƏCZis. [ər.] klas. Acizlik, iqtidarsızlıq. Əcz ilə dedi ki: “Ey xudavənd; Şahənşəhiadilü xirədmənd!” Füzuli. [İblis Arifə:] ..Əzizim, çocuq olma! Arif! Mana bax, əczi burax, hissə qapılma. H.Cavid. ..Sitarə Mənsurun əlini əcz ilə tutub dizi üstə oturub: Aman Mənsur! Məni hicr oduna yandırma. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|