
ƏCZAXANA[ər. əcza və fars. ...xanə] köhn. Əczaçı dükanı, dərman satılan yer, aptek. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Ə.Haqverdiyev. Baytarlıq müalicə məntəqəsinin apteki müvafiq avadanlıq tələb edən əczaxana olub, xüsusi otaqda yerləşdirilməlidir. R.Əliyev.
Paylaşın - Hamı bilsin
|