ƏDALƏTis. [ər. ] 1. Haqq və düzgünlük prinsiplərinə riayət. Ədalətə riayət etmək. İctimai ədalət. Ədalət hissini itirmək. Ədaləti bərpa etmək. - [Pişxidmət:] Haqq və ədalətmi? ..O bir quş olsa, şahın sarayında yapamaz yuva. H.Cavid. Aldadır bəşəri yalan vədələr; Haqdan, ədalətdən yoxdur bir əsər. S.Vurğun. □ Ədalət divanı köhn.
b ax ədalət məhkəməsi. Paşa o saat bir ədalət divanı qurub keşişi də çağırtdırdı. uƏsli və Kərəm”. [Muzdur] əlindəki dövləti, hər necə olsa, ədalət divanına yetirməyə niyyət qoydu. S.M.Qənizadə. Ədalət məhkəməsi - ədalətlə işə baxan, ədalətli hökm çıxaran məhkəmə. Bu gün, sabah qurulacaq; Bir ədalət məhkəməsi. S.Vurğun. 2. İnsaf, mürüvvət. Ədalətlə (z.) hərəkət etmək. Ədalətlə (z.) işə baxmaq. - Adil, həyatda şeir və hikmət aşiqi, insaf və ədalət tərəfdarı idi. S.Rəhimov. □ Ədalət etmək insaf etmək, insafla hərəkət etmək. Sair miləl övrətlə ədalət edir etsin! Ovrət ərə, ər övrətə rəğbət edir etsin! M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|