
ƏDALƏTSİZsif Ədalətə, haqq və insafa riayət etməyən, ədalət hissini itirmiş, insafsız. Ədalətsiz hökmdar. - Küçəyə atdın ədalətsiz ata, qansız ata! Məni təhrik eləmə alverə, vicdansız ata! Ə.Vahid. // Ədalətə, haqq və insafa müğayir olan. Ədalətsiz hökm. Ədalətsiz hərəkət. - Lakin zavallı bacısının xərcinə gəldikdə, Mahmud onun heç üzünə gülmədən taleyi tərəfindən təyin olunmuş, ədalətsiz bir vergi hesab edirdi. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|