ƏDAVƏTis. [ər.] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi. ..Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir. □ Ədavət bəsləmək kin bəsləmək, kin-küdurət bəsləmək, birisinə qarşı düşməncəsinə hiss bəsləmək. [İblis:] Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət. H.Cavid. Naşad əfəndi Mehribana qarşı indi bir kin və ədavət bəsləyirdi. S.Hüseyn. // Ümumiyyətlə, düşmənçilik, düşmənlik. Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qurtarmadıq ədavətindən. Q.Zakir. [Cavad bəy:] Xan, cənabinizə məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov. □ Ədavət aparmaq - düşmənçilik etmək, düşməncəsinə münasibət bəsləmək. Xanpəriyə elə gəlirdi ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev. Ədavət doğurmaq - ədavətə, düşmənçiliyə səbəb olmaq. [İblis:] Get, lakin o hörmət və məhəbbət; Bir gün doğurur qanlı ədavət. H.Cavid. Ədavət etmək - düşməncəsinə münasibət bəsləmək, düşmənçilik
etmək, ədavət bəsləmək. Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Ədavət qalxmaq (doğmaq, düşmək) - araya düşmənçilik düşmək, bir-biri ilə düşmən olmaq. [Məhərrəm:] Nə üçün yaxın bir qohumun arasında ədavət qalxsın? C.Cabbarlı. [Tələbə:] Bir də, heç mən intriqa bilən adam deyiləm. Görürəm dərnək işlərinə qoşulsam, yoldaşlarımızla aramızda ədavət düşəcək. Qantəmir. Ədavət salmaq - araya düşmənçilik salmaq, biri-biri ilə salışdırmaq, vuruşdurmaq. Bir söyləyən yox, ay başıbatmış, nə borcuna; Haqqı nədir, salırsan ədavət, gavur qızı?! M.Ə.Sabir. Ozü də istəyirdi ki, yerli xalqla bizim aramıza ədavət salıb öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|