
ƏDƏBSİZLİKis. Ədəb və tərbiyə nöqsanı, tərbiyəsizlik, nəzakətsizlik, qanacaqsızlıq. Ədəbsizlikdən doğan kobudluq. // Ədəbsiz hərəkət, söz. Ədəbsizlik etmək. Molla başını qaldırıb Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. “M.N.lətif.”. Zeynalın bu ədəbsizliyinə qarşı Dursun o qədər də susmayırdı. A.Şaiq. Bu zamanlarda bəzi narəva hallar üz verib, bir taqım ədəbsizliklər olmuşdusa da, Mehriban onlara göz yumub qatlaşmışdı. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|