ƏDNAsif. və is. [ər.] klas. 1. Alçaq, rəzil, nanəcib. 0ah Abbas cabbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. M.F.Axundzadə. Belə iş yaramaz hərgiz əqilə; Qulaq asma hər ədnaya, sevgilim! Aşıq Pəri. Biz vətən mülkün həqiqətlə sevən aşiqlərik; Xaini, ədnanı yurdumdan kənar istər könül. Ə.Vahid.
köhn. Keçmişdə aşağı təbəqədən, qara camaatdan olan adama verilən ad. Zakir, kəs ümidi-nəzəri-mərhəmət ondan; Kim, padşahi-hüsn olan ədnayə baxarmı? Q.Zakir. [Rizvan:] Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|