
ƏFKARis. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfikarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq.
□□ Əfkari-ümumiyyə - bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti. [Tehrani:] Sərhəng, Azərbaycandakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı. Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|